2019 - ccc-az.com

az
az
az
PRINT ISSN: 2710-4389
Go to content
Caspian Corrosion Control Jurnalı
Jurnalın son sayı
Caspian Corrosion Control Jurnalı
Korroziyadan mühafizəsi sahəsi
Caspian Corrosion Control Jurnalı
Müəlliflər üçün qaydalar

Caspian Corrosion Control 2019
__________________________________________

S.Ç.Verdiyev, M.Q.Taqirli, T.A.Aqalarova, S.M.Vəliyeva, A.S.Hüseynova

Akad. M.F.Nağiyev adina Kataliz və Qeyri-Kimya İnstitutu AMEA, Bakı, Azərbaycan Xülasə Bir və ya ikifazalı elektrolit-karbohidrogen mühitində oksidləşdiriclərin aminlərlə birlikdə sinergetik təsiri öyrənilmişdir. Göstərilmişdir ki, korroziya mühitinə kalium-xromat, natrium-molibdat, natium-nitrit, natrium yodat və monoetanolaminin birlikdə daxil edilməsi mühafizə effektini 15-20% artmasına səbəb olur. Müəyyən olunmuşdur ki, monoetanolamin oksidləşdiricilərlə birlikdə, 3%-li NaCl məhlulunda sinergist rolunu oynayır.

Açar sözlər: inhibitor; sinergizm; ikifazalı mühit.
F.Q.Vəliyev, Z.A.Şabanova, E.F.Sultanov, S.B.Əlyeva, U.E.Həsənova
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

Aminlər və tio birləşmələr əsasında, sink bromid və kalsium bromid əsaslı ağır perforasiya mayeləri üçün yeni növün inhibitor tərkibləri hazırlanmışdır. Laboratoriyada gravimetrik üsul ilə 120-150 °C temperatur intervalında hazırlanmış yeni inhibitor kompozisiyaların inhibirləmə xüsusiyyətlərini araşdırılmışdır. Aparılan sınaqlar sintez edilmiş korroziya inhibitorlarının poladın yüksək temperaturda yüksək sıxlıqlı duz məhlullarında korroziyasını effektiv şəkildə idarə edə biləcəyini göstərmişdir. 72 saat sınaqdan sonra hazırlanmış inhibitor kompozisiyalarının mühafizə effektinin müvafiq olaraq 93-98% olduğu müəyyən edilmişdir.
Açar sözlər: korroziya, inhibitor, ağır duz məhlulları.
__________________________________________

F.S.İsmayılov1 , X.İ.Həsənov1 , Q.İ.Acalova2
1 «Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan;
2 Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan
 
Müəyyən şəraitdə sisteamin(merkamin) HSCH2CH2NH2 və 2-merkaptoetanolun-HSCH2CH2OH iki valentli platin və palladiumla çoxnüvəli [Pt 6(SCH2СH2NH2) 8]Cl4, [Pd6(SCH2CH2OH) 8]Cl 4·5H2O, [Pd6(SCH2CH2OH) 12] Cl4·3H2O и [Pt6(NH2CH2CH2S)8]Cl4·3H2O. tərkibli kompleksləri alınaraq tədqiq edilmişdir.Sintez edilmiş komplekslərin və liqandların İQ-və rentgenelektron spektrlərinin müqayisəli təhlilinə,həmçini RQA-analizinin nəticələrinə əsasən müəyyən edilmişdir ki, 2-merkaptoetanol qarışıq koordinasiya edir və liqandın kükürd atomu körpü rolunu oynayır.Platinin komplekslərində isə liqand kükürd və azot atomları ilə bidentatlı koordinasiya edir və hər iki halda kükürd atomu körpü rolunu oynayır. Sintez edilmiş komplekslər eyni tərkibdə olmalarına baxmayaraq qruluşca biri-birindən kəskin fərqlənirlər.
Açar sözlər: 2-merkaptoetanol; sisteamin; merkamin; klaster; helatəmələgəlmə; körpü vəziyyəti; qruluş.
__________________________________________
[link:5][/link:5]http://wsx5customurl.com
N.P.Mustafayev, N.N.Novotorjina, H.H.İsmaylova, B.İ.Musayev, M.R.Safarova, Q.A.Qəhramanova, İ.P.İsmaylov
Akad. A.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu AMEA, Bakı, Azərbaycan

Dioksolanların ksantogenatmetilləşdirilməsi ilə ilk dəfə olaraq p-toluolsulfoturşu katalizatoru (TsOH · H2O) iştirakında 2.2-dialkil-4-butoksi (etoksi) tiyokarboniltiometil-1.3-dioksolan alınmışdır. Sintez edilmiş birləşmələrin sənaye yağları üçün aşqarlar kimi tədqiq olunmuş, onların parçalanma əleyhinə yüksək effektivliyi və INSP-40 sənaye yağı istehsalında, ITD-32 reduktor yağı istehsalında münasib komponentlər kimi istifadə olma imkanı verilmişdir.
Açar sözlər: ksantogenatmetilləşmə; qliserin; asetal; aşqarlar.
__________________________________________

F.Ə.Novruzova, X.Ş.Hacıəhmədzadə, E.T.Bağırova
Akad. M.F.Nağiyev adına Kataliz və Qeyri-Kimya İnstitutu AMEA, Bakı, Azərbaycan

Güclü Lyuis turşularının təsiri ilə desturuksiya olunmuş poliizobutilenin termodinamiki funksional araşdırmaları aşağı temperaturalı vakuum adiobatik kalorimetrdə öyrənilmışdir. Katalizatorun aşağı qatılığında makromolekullardakı struktur dəyişikliyi hesablanmış termodinamik nəticələr əsasında əldə edilir. 13C-NMR karbon-nüvə maqnit rezonansı vasitəsilə şaxələnmiş makromolekulların quruluşu göstərilir. Nəticələrə əsasən poliizobutilenin mexanizmindəki dəyişiklik təklif edilir.
Açar sözlər: 13C-NMR spektri; katalizator; poliizobutilen; Lyuis turşuları; poliolefin; kation; ion-koordinasiya; sərbəst radikal; karbokation.
__________________________________________

Ə.K.Kazımzadə, E.Ə.Nağıyeva, Ə.Ə.Qədirov, R.Ə.Məmmədova, B.İ.Abdullayev, M.Ə.Mirzoyeva
Akad. A.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu AMEA, Bakı, Azərbaycan

Məqalədə yeni çoxfunksiyalı azotsaxlayan alkilfenolyat AKİ-136 aşqarı – alkilfenol, formaldehid və 4-aminopiridinin kondensləşmə məhsulunun karbonatlaşmış kalsium duzunun sintezi və tədqiqinin nəticələri verilir. AKİ-136 aşqarı həm individual, həm də М-10Г2 motor yağının tərkibində tədqiq edilmişdir. Tədqiqatlar göstərmişdir ki, AKİ-136 aşqarı yüksək korroziya, oksidləşməyə qarşı və yuyuculuq xassələrinə malik aşqardır. Müəyyən edilmişdir ki, AKİ-136 aşqarı ilə М-10Г2 motor yağı yüksək funksional xassələrə malikdir, yağın ГОСТ və müasir texnikanın tələblərinə cavab verir. AKİ-136 aşqarının yüksək xassələri onu müasir motor yağlarının hazırlanmasında istifadə etməyə imkan verir.
Açar sözlər: alkilfenol; formaldehid; 4-aminopiridin; aşqar; motor yağı.
__________________________________________

Z.A.Şabanova
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

Modifikasiya olunmuş seolit katalizatorları üzərində naften karbohidrogenlərinin oksidləşdirici dehidrogenləşmə mexanizminin ümumi kinetik sxemi təklif olunmuş, əsas və əlavə reaksiya məhsullarının əmələ gəlməsini təsvir edən və nəzəri cəhətdən əsaslandırılmış kinetik model işlənib hazırlanmışdır. Kinetik modelin parametrlərinin ədədi qiymətləri hesablanmışdır.
Açar sözlər: mexanizm; model; oksidləşdirici dehidrogenləşmə; seolit; naften.
__________________________________________
Caspian Corrosion Control jurnalının 2019-cu il buraxılışını buradan yükləyə bilərsiniz.


 
ÜNVAN
___________
Azərbaycan, Bakı
H. Zərdabi 88, AZ1000

CCCaz Jurnalı , 2019-2021. Bütün hüquqlar qorunur
BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ
__________________________


Bizimlə əlaqə:
___________________________
Azerbaycan, Bakı, Vagif pr. 11/40
Mobil: +994506571901
Tel: +994124085964
e-mail: info@ccc-az.com

Back to content