Müəlliflər üçün Qaydalar
__________________________________________
- Müəllif tərəfindən qəbul olunmuş qeyri-standart işarələr və ixtisarlar özü tərəfindən ilk işlənmə zamanı izah olunmalıdırlar.
- Qrafiki materiallar .jpg formatında, excel və digər qrafiki proqramlarla hazırlanmışsa originalı verilməlidir. Şəkillərdəki işarələr və ölçulər mətnə və şəkilaltı yazılara uyğun olmalıdır.
- Cədvəllərin adı cədvəlin çərçivəsinə qədər çap olunur.
Cədvəl 1. parametr asılılıqları………….
- Mətndə ədəbiyyata istinad kvadrat mötərizələrdə verilir.
- Ədəbiyyatın tərtib olunması nümunələri.
Kitablar, monoqrafiyalar:
– Энергии разрыва химических связей. Потенциалы ионизации и сродство к электрону / Под ред. Гурвича Л.В. М.: Наука, 1974. С. 82.
Jurnal və məcmuələr:
– Бекбаулиева А.А., Эпштейн А.Р., Подъяпольский А.И. Совершенствование защиты внутренней поверхности трубопроводов от коррозии // Нефтегазовое дело, 2010 № 4. С. 9-17.
– Saeid Kakooei, Mokhtar Che Ismai, Bambang Ariwahjoedi. Mechanisms of Microbiologically Influenced Corrosion: A Review // World Appl. Sci. J. 2012. 17 (4). PP. 524-531.
Dissertasiyalar:
- Лебедев П. В.Антикоррозионные и бактерицидные свойства новых ингибирующих композиций серии «ИНКОРГАЗ». Диссер…….канд. хим. наук. Тамбов – 2013. 130 с.
Patentlər və müəlliflik şəhadənnamələri
- Пат. РФ№ 2149918. Способ получения ингибитора коррозии “лиман-11” для защиты стального оборудования, в частности, системы нефтесбора. Егоров В.В.; Иванов Е.С.; Фролов В.И. 2010.
- Пат. 2362797 РФ. Способ получения деароматизированного дизельного топлива / Логинова А.Н., Китова М.В., Фадеев В.В., Иванов А.В. 2008.
Yuxarıda göstərilən qaydalar yerinə yetirilmədikdə əlyazmalar baxılmadan müəlliflərə qaytarılacaq.
Məqaləni redaksiyaya aşağıdakı ünvanda göndərmək lazımdır:
Azərbaycan Respublikası, Az1012 Bakı, Zərdabi pr. 88A. “Neftqazelmitədqiqatlayihə” İnstitutu. “ Caspian Corrosion Control ” jurnalının redaksiyası
Redaksiyanın telefonu – _________, elektron ünvan – ___________
__________________________________________
Müəlliflər üçün Qaydalar
__________________________________________
- Jurnal korroziya, kimya texnologiyası, materialşünaslıq və.s aktual problemləri haqqında məqalələr dərc edir.
- Əvvəllər dərc olunmamış məqalələr qəbul olunur. Yalnız konkret eksperimental, nəzəri və s. kimi nəticələri olan məsələlər müzakirə olunur.
- Məqalələr redaksiyaya elektron formada göndərilməlidir. Müəssisədə yerinə yetirilən işlərin nəticələrini əhatə edən məqalələr müəssisə rəhbərliyi tərəfindən imzalanmış məktub ilə müşayiət olunmalıdır.
- Məqalə Microsoft Word for Windows, şrift ölçüsü 12 pt, Times New Roman şrift ilə bir interval məsafə ilə A4 formatında çap olunmalıdır. Məqalənin mətni (.doc) və qrafiki materiallar ayrı-ayrı fayllarla redaksiyanın elektron ünvanına da göndərilməlidir. Məqalə mətninin çərçivə ölçüləri: soldan – 2.0 sm, sağdan – 2.0 sm, yuxarıdan – 3.0 sm, aşağıdan – 3.0 sm.
- Səhifənin ortası ilə məqalənin adı, onun altında müəlliflərin inisialları və familiyaları, familiyaların altında məqaləni təqdim edən institutun (müəssisənin və s.) tam adı, elekton ünvani verilməlidir (bir interval boş saxlamaqla). Sonra xırda şriftlə (11 pt) əsas mətndən bir interval sonra annotasiya, bir interval sonra açar sözlər verilməlidir.
- Məqalə giriş hissəni (əsaslandırma), işin məqsədini, eksperimentin təsvirini, nəticələri, onların müzakirəsini və xülasəni əhatə etməlidir. GİRİŞ, EKSPERİMENTAL HİSSƏ (EKSPERİMENTİN METODİKASI), NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ başlıqları olmalıdır.
- Məqalənin ardınca ƏDƏBİYYAT SİYAHISI verilməlidir. Sonra müəlliflərin inisialları, familiyaları və müvafiq dillərdə annotasiya verilməlidir. Hər annotasiyadan sonra müvafiq dildə açar sözlər verilməlidir.
- Riyazi və kimyəvi formullar mötərizədə ərəb rəqəmləri ilə, kimyəvi birləşmələr isə rum rəqəmləri ilə nömrələnir. Yalnız mətndə istinad verilən formullar nömrələnir.
- Riyazi formullar kompüterdə kimyəvi formullar Chem Draw proqramı ilə kiçik və böyük hərflərin aydın fərqlənməsi şərti ilə yığılmalıdır. İndekslər və dərəcələr aid olduqları simvollardan ciddi surətdə yuxarıda, ya da aşağıda yazılmalıdır. Yunan əlifbası ilə işarələr simvol cədvəlindən qoyulmalıdır.
- Mətndə bir kimyəvi birləşmənin adı bir dəfədən çox xatırlanırsa, birinci dəfə onun tam adı və mötərizədə qısaldılmlş adı, daha sonra isə mötərizəsiz yalnız qısa adı göstərilməlidir.
- Fiziki ölçü vahidləri q/m2∙saat, kkal/mol, kq m-2saat-1 və s. kimi verilməlidir.
- Kimyəvi birləşmələrin (alkil – Alk, aril – Ar, heterosikl – Het, Halogen – Hal və s.) və fiziki-kimyəvi analiz metodlarının (NMR – nüvə-maqnit rezonansı, MQX – maye-qaz xromatoqrafiyası və s.) işarənlənməsi üçün standart ixtisarlardan istifadə etmək olar.
__________________________________________