2020 - ccc-az.com

az
az
az
PRINT ISSN: 2710-4389
Go to content
Caspian Corrosion Control Jurnalı
Jurnalın son sayı
Caspian Corrosion Control Jurnalı
Korroziyadan mühafizəsi sahəsi
Caspian Corrosion Control Jurnalı
Müəlliflər üçün qaydalar

Caspian Corrosion Control 2020
__________________________________________

F.Q.Vəliyev
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

Yeni sadə və yüksək çıxımlı sintez metodu ilə N1, N4-di (9H-fluoren-9-iliden) benzol-1,4-diamin (1) və N1, N5-di (9H-fluoren-9-iliden) nafalin-1,5-diamin (2) Şiff əsasları sintez edilmişdir. Sintez edilmiş 1 və 2 birləşmələrinin strukturları element analizi, 1H NMR, kütlə spektroskopiyası və rentgenquruluş analizləri ilə təsdiqlənmişdir. Ardıcıl durulaşma metodu ilə alınan birləşmələrin, sulfatreduksiyaedici bakteriyalara qarşı antibakterial xassələri öyrənilmiş və müəyyən olunmuşdur ki, bu birləşmələr yüksək biosid xassəsinə malikdir. Eyni zamanda sintez olunmuş birləşmələr qravimetrik metoddan istifadə edərək hidrogen sulfid (H2S) və karbon dioksid (CO2) olan minerallaşdırılmış lay suyu modelində karbonlu poladın korroziyasına qarşı inhibitor kimi sınaqdan keçirilmişdir. Nəticələrdən müəyyən olunmuşdur ki, bu birləşmələr karbonlu poladın korroziyasında yüksək mühafizə effektinə malik olur.

Açar sözlər: Shiff əsasları; NMR analizi; korroziyanın inhibirə olunması; mikrobioloji korroziya; antibakterial aktivlik.
__________________________________________

X.İ.Həsənov, G.İ.Acalova, C.İ.Mirzai, Ş.H.Qasımov
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan;
Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan;
Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan

Palladiumun (II) 2-etil-6-metil-3-hidroksipiridinlə-meksidolla turş mühitdə (pH=5,3)-
tərkibli yeni kompleks birləşməsi alınmışdır.Alınmış kompleksdə liqand protonlaışaraq biryüklü kation kimi xarici sferanı təşkil edir.Kompleksin quruluşu rentgen qruluş analizi üsulu ilə sübut olunmuşdur.Müəyyən edilmişdir ki, kompleks izolə olunmuş  [PdCl4]2—anionundan  və kationundan təşkil olunmuşdur. Palladium atomunun yastıkvadrat koordinasiyası dörd xlor atomundan təşkil olunmuşdur və liqandla  hidrogen rabitəsi yaratmışdır.Hidrogen rabitəsinin iki müxtəlif uzunluqda -2,289 və 2,713 olması funksional qrupların geometrik yerləşməsi ilə bağlıdır. Alınmış  palladium 2-etil-6-metil-3-hidroksipiridinammonium –meksidazolun radioprotektor xassəsi sınaqdan kecirilmişdir. Preparatın toksikliyi LD50 -240 mq/kq təşkil edir.Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki,kompleks radioprotektor xassəsilə yanaşi  yaman şişlərə qarşı müalicəvi  xassəyədə malikdir.

Açar sözlər: palladium(II), meksidol,tetraasidoanion,hydrogen rabitəsi,koordinasiya liqand, dentatlılıq, RQ-analiz.
__________________________________________

E.F.Sultanov, Z.A.Şabanova, S.B. Əliyeva, R.Q.Qazıyeva
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

SOCAR "28 May" NQÇİ-nin "Günəşli" yatağındakı neft və qaz-kondensat quyularında istismar olunan avadanlıqların korroziya səbəbləri tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki,  qazın və eyni zamanda su-kondensat qarışığının tərkibindəki aqressiv komponentlər (H2S, O2, CO2), həmçinin mikroorqanizmlər korroziyaya səbəb olur. Tədqiq olunan obyektləri korroziyadan qorumaq üçün bakterisid inhibitorların istifadəsi imkanları araşdırılmışdır və sintez edilmiş bakterisid inhibitorlarının korroziyanın qarşısını almaqda yüksək mühafizə effektinə malik olduğu göstərilmişdir.

Açar sözlər: korroziya; inhibitor; effektivlik; imidazolin asetat; yağ turşuları.
__________________________________________

Z.A.Şabanova, S.B.Əliyeva, А.Аbdulayev, İ.Quliyev, V.Şamilov, F.Q.Vəliyev
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan;
SOCAR, Bakı, Azərbaycan;

SOCAR, Bakı, Azərbaycan Hidrogen-sulfid aqressiyası şəraitində qoruyucu və istismar kəmərlərinin sementlənməsində istifadə olunan tamponaj məhlullarının korroziya aqressivliyi tədqiq olunmuşdur. Tamponaj məhlullarının korroziya aqressivliyinə qarşı inhibitor tərkibi işlənib hazırlanmışdır.  Qravimetrik tədqiqat metodları ilə 70-1000С temperatur intervalında laboratoriya şəraitində işlənmiş inhibitorun inhibirləyici xüsusiyyətləri tədqiq olunmuşdur. Sınaqlar nəticəsində müəyyən olunmuşdur ki, sintez olunmuş inhibitor tədqiq olunan şəraitdə karbonlu poladın korroziyasını effektiv olaraq qarşısını ala bilir.

Açar sözlər: korroziya; inhibitor; tamponaj məhlulu; qoruyucu kəmər; istismar kəməri.
__________________________________________

Ə.D.Ağa-zadə, X.İ.Həsənov, A.M.Səmədov,  M.E.Əlsəfərova, O.D.Ağazadə
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

Aşağı molekul kütləli üzvi turşu nümayəndələri olan propan, butan və pentan turşuları ilə ammonium duzlarının alınması və deemulsasiya qabiliyyətinin artırılması məqsədilə ilkin deemulqatora əlavə kimi onlardan istifadə olunması üzrə tədqiqatlar aparılmışdır. Müəyyən olunmuşdur ki, ilkin deemulqatorun tərkibində 50-60% kütlə ilə qeyri-ionogen səthi-aktiv maddə (QSAM), 50-40% kütlə ilə həlledici və əlavə olaraq propan, butan və pentan turşularının dietilamin komplekslərini 5% kütlə ilə saxlayan hazırlanmış kompozisiya tərkibləri yüksək deemulsasiya aktivliyi nümayiş etdirirlər. Onlar həm aşağı, həm də yüksək özlülüklü neftlərin dərin susuzlaşmasına imkan yaradırlar. Tərkibində 55% kütlə ilə aktiv komponent-QSAM saxlayan kompozisiyalarda deemulsasiya aktivliyinin daha yüksək olması qeyd edilmişdir.

Açar sözlər: deemulqator, üzvi turşular, dietiammonium kompleksi, deemulsasiya aktivliyi, su-neft emulsiyası, neft.
__________________________________________

S.B.Əliyeva
“Neftqazelmitədqiqatlayihə” İnsitutu, SOCAR, Azərbaycan

Sənaye aluminat məhlulu və silikagel əsasında 90-120 saat müddətində, 150 0Ctemperaturda hidrotermal şəraitdə filipsit, analsim və erionit seolitləri sintez edilmişdir. İlkin reaksiya kütlələrinin, aralıq və son kristallaşma məhsullarının faza və kimyəvi tərkibi rentgenfaza və rentgenspektral analiz üsulları ilə tədqiq edilmişdir. Ilkin reaksiya kütləsinin qələvililiyinin seolitlərin hidritermal kristallaşma prosesinə təsiri öyrənilmişdir.

Açar sözlər: Seolit, fillipsit, erionit, analsim, , alüminat məhlulu, hidrotermal kristallaşma
__________________________________________

Ə.İ.Kərimov
Azərbaycan MEA M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Bakı, Azərbaycan

280-380°С temperatur, 1000-3000 saat-1 həcmi sürət intervalında, metiltsikloheksan:oksigen:azot müxtəlif mol nisbətlərində və atmosfer təzyiqində, buxar fazada metiltsikloheksanin metiltsikloheksadien-1,3–ə oksidləşdirici dehidrogenləşməsi reaksiyasında modifikasiya olunuş seolit katalizatorlarının kayalitik aktivliyi tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki, uyğun olaraq 0.5 və 0.25 kütlə faizi Co2+ və Cr3+ kationları ilə modifikasiya olunmuş təbii klinoptilolit metiltsikloheksanin metiltsikloheksadien-1,3–ə oksidləşdirici dehidrogenləşməsi reaksiyası üçün aktiv katalizatordur.

Açar sözlər: oksidləşdirici dehidrogenləşmə, seolit, metiltsikloheksan, metiltsikloheksadien-1,3
__________________________________________

Caspian Corrosion Control jurnalının 2020-ci il buraxılışını buradan yükləyə bilərsiniz.


 
ÜNVAN
___________
Azərbaycan, Bakı
H. Zərdabi 88, AZ1000

CCCaz Jurnalı , 2019-2021. Bütün hüquqlar qorunur
BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ
__________________________


Bizimlə əlaqə:
___________________________
Azerbaycan, Bakı, Vagif pr. 11/40
Mobil: +994506571901
Tel: +994124085964
e-mail: info@ccc-az.com

Back to content