Caspian Corrosion Control 2021
__________________________________________
F.S.İsmayılov
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan
Korroziya bu gün neft sənayesinin ən aktual problemlərindən biridir. Avadanlıqların korroziya vəziyyətini qiymətləndirməyin təsirli bir yolu, korroziya monitorinqi - korroziyaya uğraması barədə vaxtında məlumat əldə etmək üçün bir obyektin korroziya vəziyyətini müşahidə etmək və proqnozlaşdırmaq üçün bir sistemdir. Məqalədə neft mədən avadanlıqlarının və sualtı boru kəmərlərinin korroziya monitorinqi üçün müasir qabaqcıl texnologiyaların ümumi icmalı verilir.
Açar sözlər: korroziya; monitorinq; fiber optik system.
__________________________________________
F.Q.Vəliyev
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan;
İlk dəfə NH qrupu vasitəsi ilə birləşmiş aromatik nüvələrin birində α- vəziyyətdə aldehid qrupu digərində isə N atomu olan birləşmələrin turş mühitdə molekuldaxili tsiklləşmə reaksiyasından tərkibində pirimidin nüvəsi və OH qrupu saxlayan yeni sinif coxnüvəli heterotsiklik birləşmə - 14H-1,7,8,14a-Tetraaza-benzo[α] tetrasen -14-ol sintez olunmuşdur. Alınmış maddələrin tərkibi və quruluşu element analizi, H1 NMR, Eİ-kütlə spektroskopik və X-Ray monokristal quruluş analizləri vasitəsi ilə təsdiq olunmuşdur. Sintez olunmuş yeni pirimidin törəməsinin mikrobioloji korroziyaya qarşı bakterisidlik təsiri öyrənilmişdir. Reagentin optimal qatılığında korroziyatörədici sulfatreduiksiyaedici bakteriyalara qarşı 98-99% bakterisidlik təsiri müəyyən olunmuşdur.
Açar sözlər: çoxnüvəli heterotsiklik birləşmələr; NMR; sulfatreduksiyaedici bakteriya; korroziya; inhibitor-bakterisid.
__________________________________________
X.İ.Həsənov, G.İ.Acalova, Ş.H.Qasımov
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan;
Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan
Palladiumun heterotsiklik bioloji fəal liqandlarla koordihasion birləşmələrinin alınıb tədqiq tədqiq edilməsi tibbi baxımdan maraq kəsb edir.Bu məqsədlə heterotsiklik və ekzotsiklik azot atomları olan 4-aminpiridindən istifadə edilmişdir.İşdə əsas məqsəd hansı azot atomunun daha davamlı və stabil rabitə yaradmasını aydınlaşdırmaqdan ibarətdir.
İQ-spektroskopik tədqiqatın nəticələri göstərir ki,turş mühitdə liqandın piridin azot atomu protonlaşır və liqand bir yüklü katoin kimi xarici sferanı təşkil edir. Qələvi mühitdə isə
liqandın piridin azot atomu palladiumla rabitə yaradır.Liqandın ekzotsiklik azot atomu koordinasiyada iştirak etmir. İlkin bioloji sınaqlar komplekslərin quruluş, tərkib və bioloji fəallığı arasında korrelyasiya olduğunu təsdiq edir.
Açar sözlər: palladium; bidentat liqand; 4-aminopiridin; piridin azot atomu; bioloji fəallıq.
__________________________________________
Z.A.Şabanova
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan
Modifikasiya olunmuş sintetik (А, Х, Y) və təbii (MOR, Clр) seolitlərin butil spirtlərinin uyğun karbonilli birləşmələrə oksidləşdirici dehidrogenləşməsi reaksiyalarında katalitik aktivliyi öyrənilmişdir. Müəyyən olunmuşdur ki, bimetalseolit katalizatorları bu reaksiyalarda yüksək aktivlik göstərir. Proseslərin nəzəri cəhətdən əsaslandırılmış ümumi kinetik modeli tərtib olunmuşdur. Modelin konstantlarının ədədi qiymətləri tapılmışdır.
Açar sözlər: oksidləşdirici dehidrogenləşmə; butil spirti; kinetika; mexanizm.
__________________________________________
S.B.Əliyeva, Q.M.Əliyeva
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan;
Azərbaycan MEA M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Bakı, Azərbaycan
Metakaolin və obsidian qarışığından «m» seolitinin praktik olaraq reallaşdırılmasının yeni üsulu verilmişdir. Ilkin nümunələr-tabletlər quru pressləmə üsulu ilə hazırlanmışdır.
Seolitin sintezi Na2O-Al2O3-SiO2-H2O sistemdə 150 oC temperaturda hidrotermal kristallaşma metodu ilə aparılmışdır. Nümunələr qələvi mühitdə kristallaşdırılmışdır.
«m» seolitinin kristallaşma kinetikası və kristallaşma mexanizminin tədqiqi verilmişdir. Kristallaşma məhsullarının faza və kimyəvi tərkibi rentgenfaza, termoqrafik və rentgenspektral analiz üsulları ilə tədqiq edilmişdir.
Açar sözlər: «m» seoliti; hipotetik quruluş; hidrotermal sintez; kinetika.
__________________________________________
Ş.Z.Tapdıqov
«Neftqazelmitədqiqatlayihə» İnsitutu, SOCAR, Bakı, Azərbaycan
Orta molekul kütləsi 10 kDa və 40 kDa olan poli-N-vinilpirrolidonun (PVPr) N, N-metilenbisakrilamidlə (MBAA) tikilməsindən alınan hidrogellərin Cu(II), Co(II) və Ni(II) ionları metal gelkompleksləri sintez edilmişdir. Alınmış bioloji vacib komplekslərin metal ionlarına görə tutumları 3.3-3.6 mq/qr olması müəyyən edilmişdir. Polimer-metal komplekslərinə tripsinin immobilizə olunması aparılmış və metal gelkomplekslərin tripsinə görə tutumun 7-8 dəfə, immobilizə dərəcəsinin 2 dəfəyə, enzimin spesifik aktivliyinin isə 38-dən 92 ED/mq-a qədər artması müşahidə olunmuşdur. Müəyyən olunmuşdur ki, polimer-metal-tripsin üçlü sistemləri, polimer-tripsin ikili sistemlər ilə müqayisədə onların rabitə davamlılığı böyükdür, bu isə tripsinin polimer toruna metal ionları hesabına birləşməsi ilə izah olunur. Bununla yanaşı alınan komplekslərin quruluşu İQ-Furye və UB spektroskopik üsullarla identifikasiya edilmişdir.
Açar sözlər: poli-n-vinilpirrolidon; biokompleks; tripsin; immobilizasiya.
__________________________________________