2022 - ccc-az.com

az
az
az
PRINT ISSN: 2710-4389
Go to content
Caspian Corrosion Control Jurnalı
Jurnalın son sayı
Caspian Corrosion Control Jurnalı
Korroziyadan mühafizəsi sahəsi
Caspian Corrosion Control Jurnalı
Müəlliflər üçün qaydalar

Caspian Corrosion Control 2022
__________________________________________

K.İ.Mətiyev, M.E.Əlsəfərova, X.İ.Həsənov, A.M.Səmədov, Ş.Y.Əliyeva, A.Y.Süleymanova
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan; Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan

Asfalten qatran və parafinlərin çökməsi (AQPÇ) neft şlamlarının əmələ gəlməsinin mühüm mənbələrindən biridir. Dünyada neft şlamının miqdarının ilbəil artması ekoloji problem yaradır. Buna görə də asfalten qatran və parafin çöküntülərinin qarşısını almaq ekoloji baxımdan vacib məsələdir. AQPÇ qarşısını almaq üçün yeni inhibitor işlənib hazırlanmışdır. Hazırlanmış inhibitor neftin donma temperaturunu aşağı salmaqla yüksək parafinli neftlərin özlülüyünü aşağı salır. Hazırlanmış inhibitor «Azneft» İB N.Nərimanov adına NQÇİ-nin 607 №li istismar quyularının neftlərində tədqiq olunmuşdur. Bu neftlərdə parafinin miqdarı 10.8%-dən yuxarıdır.

Açar sözlər: donma temperaturu; depressatorun səmərəliliyi; kinematik özlülük.
__________________________________________

X.İ.Həsənov, Ş.H.Qasımov
«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan; Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan

Palladiumun heterot fəallığı arasında korrelyasiya olduğunu təsdiq edir. Platinin duzlarının ditiodietilaminlə (sistaminlə) (L1) su və qeyri su mühitində qarşılıqlı təsiri öyrənilmişdir. Sulu məhlullarda liqandın disulfid rabitəsinin qırılması və əmələ gələn β-меркаптоэтиламинin(merkamin HL) platinlə koordinasiyası baş verir. Reaksiyanın getmə şəraitindən asılı olaraq xlor, kükürd körpülü [Рt2(LН)2Сl4] tərkibli və ya yalnız xlor körpülü [Рt2L2Сl2] tərkibli komplekslər əmələ gəlir. Kompleksin [Рt2(LН)2С14] quruluşu rentgen quruluş analizi üsulu ilə öyrənilmişdir. Krictallar rombik quruluşa malik olub 200 C-də а=17.283(1), b=9.987(1), с=8.0187(9) Å; R = 0.030 parametrləri ilə xarakterizə olunur. Kompleks iki nüvəli olub bir cüt tiolat liqandı (-SСН2 -СН2 -МН+ 3) ilə əhatə olunmuşdur. Рt2S2 metalltsikli kükürd-kükürd xətti boyunca əyilir və platin atomlarının koordinasiya müstəviləri arasında ikiqat bucaq 138o dərəcə təşkil edir. S-S məsafəsi 2.909(1) Å olub kükürd atomunun (3.60 Å) ikiqat van-der-vaals radiusundan hiss olunacaq dərəcədə qısadır. Reaksiyanın benzolda aparılması liqandda kükürd-kükürd rabitəsini saxlayaraq (L1Н2)[РtХ4] (X=С1, Вг) kompleksini əldə etməyə imkan verir. Komplekslərin strukturu İQ spektroskopiya məlumatları ilə təsdiq edilmişdir.

Açar sözlər: platin; bidentat liqand; sistamin; disulfid rabitəsi; merkamin; bioloji fəallıq.
__________________________________________

A.M.Əliyev, M.Q.Əliyeva, G.A.Əli-zadə, Z.A.Şabanova
Azərbaycan MEA M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Bakı, Azərbaycan; «Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

Metilsikloheksanolun metilsikloheksanona oksidləşdirici dehidrogenləşdirilməsi reaksiyasında modifikasiya olunmuş təbii klinptilolit seolitin katalitik aktivliyi tədqiq edilmişdir. Eksperimental tədqiqatlar əsasında müəyyən edilmişdir ki, 0.15 kütlə % Pd2+ və 0.5 kütlə % Cu2+ olan klinoptilolit seoliti tədqiq olunan reaksiyada yüksək aktivlik göstərir. Seçilmiş katalizator üzərində reaksiyanın kinetik qanunauyğunluqları tədqiq edilmişdir. Ədəbiyyat materialı və təcrübi nəticələr əsasında reaksiya mexanizminin mərhələ sxemi təklif edilmiş və prosesin nəzəri cəhətdən əsaslandırılmış kinetik modeli hazırlanmışdır.

Açar sözlər: metilsikloheksanol; metilsikloheksanon; oksidləşmə; seolit; mexanizm; kinetik model.
__________________________________________

X.Ş.Hacıəhmədzadə, E.T.Bağırova, İ.V.Əhmədova
Azərbaycan MEA M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Bakı, Azərbaycan

Destruksiya reaksiyaları yüksəkmolekullu birləşmələr üçün ən mühüm reaksiyalardan biri hesab olunur. Onlardan yüksəkmolekullu birləşmələrin quruluşunu öyrənmək həmçinin, təbii polimerdən aşağı molekullu birləşmələri almaq (məsələn, sellülozanın və nişastadan qlükoza- almaq) uçun istifadə olunur. Destruksiya reaksiyaları zamanı polimerin kimyəvi tərkibi dəyişmədən molekulyar zənçirin parçalanması (qırılması) hesabına molekul kütləsinin azalması muşahidə olunur. Bu zamam makromolekulun sonunda yerləşən funksional qruplar nəzərə alınmır.

Açar sözlər: Lyuis turşusu; poliolefin; kation; destruksiya; sərbəst radikal; alkilradikal; karbokation.
__________________________________________

V.Ş.Ağayev
AMEA-nın akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Bakı, Azərbaycan

Sintetik və təbii mordenit seolitləri müxtəlif qatılıqlı HCl turşusu ilə dekationlaşdırılmış(DK) və dealüminiumlaşdırılmış (DA), alınan katalizator nümunələri rentgen faza analizi olunmuşdur. Katalizator nümunələri üzərində 300-380 oC temperatur intervalında toluolun benzol və ksilollara dismutasiyası reaksiyası aparılmışdır.Müəyyən olunmuşdur ki, SiO2/Al2O3=17-20 intervalında olan H-mordenit katalizatorları tədqiq olunan reaksiyada daha yüksək aktivlik və selektivlik göstərir

Açar sözlər: dismutasiya; ksilollar; benzol; seolit; mordenit; həcmi sürət.
__________________________________________

F.V.Əliyev
AMEA-nın akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Bakı, Azərbaycan

Yüksək dispers metal seolit sistemlərinin yaradılması və onların olefin karbohidrogenlərin (etilenin asetaldehidə, propilenin asetona) oksidləşməsində katalitik
təsirinin öyrənilməsinə dair tədqiqatların nəticələri təqdim olunur. Müəyyən edilmişdir ki, bu katalizatorların təsirinin seçiciliyi onlarda olan metal komponentin seolitin turşuluğu və strukturu ilə optimal birləşməsindən asılıdır. Tədqiq olunan reaksiyalar üçün seçilmiş yüksək effektiv katalizatorlar üzərində reaksiyaların kinetik qanunauyğunluqlarının eksperimental tədqiqatlarının nəticələrinə əsasən onların ehtimal olunan mərhələli mexanizmləri təqdim edilmiş və reaksiyaların kinetik modelləri hazırlanmışdır.

Açar sözlər: metalseolit katalizatorları; oksidləşmə; karbohidrogenlər.
__________________________________________

Caspian Corrosion Control jurnalının 2022-ci il buraxılışını buradan yükləyə bilərsiniz.



 
ÜNVAN
___________
Azərbaycan, Bakı
H. Zərdabi 88, AZ1000

CCCaz Jurnalı , 2019-2021. Bütün hüquqlar qorunur
BİZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ
__________________________


Bizimlə əlaqə:
___________________________
Azerbaycan, Bakı, Vagif pr. 11/40
Mobil: +994506571901
Tel: +994124085964
e-mail: info@ccc-az.com

Back to content